Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Diplomatiya və siyasətdən uca

1458280656_ilham

Loğman Rəşidzadə

Yaxud ruh və könül birliyinin təntənəsi

Müasir qloballaşma dövrü bəşəri sivilizasiya və tərəqqinin inkişaf meyllərini şərtləndirdiyi kimi, onun problemlərini də ortaya qoyur. Humanizim ,demokratiya, ölkələrarası beynəlxalq münasibətlər , dövlətlərarası əməkdaşlıq, insanların qarşılıqlı anlaşması və dostluğu sanki, müəmmalı təhtidlə üz-üzədir.Terror ,qanunsuz silahlı birləşmələrin qanlı əməlləri,ksenofobiya , islamofobiya, lokol milli dözümsüzlüklər … Hətta, iş o yerə çatıb ki, multkulturalizmə, başqa sözlə, milli-mədəni özünəməxsusluğa bəzi dövlətlər münaqişə obyekti kimi baxır və bundan qarşıdurma silahı kimi istifadə etdir. Belədə, nə köhnə siyasi incələmələr , nə də müasir diplomatik vasitələr kara gəlir.Daha incə, daha munis və insan ruhunu tərədən, insan qəlbinə toxunan beynəlxalq əlaqələrə, daha səmimi ünsiyyət vasitələrinə ehtiyac duyulur. Siyasətdən daha ucada dayanan mənəvi-əxlaqi və hətta ruhi dəyərlərə söykənən beynəlxalq və dövlətlərarası uğurlu bir fakta bu günlərdə şahidlik etdik. Dünya siyasətində bu dərəcədə riqqətli fakta təsadüf olunmayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə qardaşlıq jesti ,ölkəyə dəstək səfəri bu mənada beynəlxalq siyasət və diplomatiyanın özü üçün bir yenilik, inkişaf etmiş dünya dövlətləri rəhbərlərinə və siyasətçilərinə maarifləndirici bir nümunədir.

Cənab İlham Əliyev bu incə siyasi hərəkəti və diplomatik yeniliyi ilə bir daha sübut etdi ki, tarixi böyük şəxsiyyətlər yaradir. Azərbaycan Prezidenti beləliklə, bütün dövlət başçılarına yeni tipli siyasətin və diplomatiyanın anonsunu verdi. Cənablar, fikirləşin , dünya idarəçiliyini bu dərəcədə laqeyd oyuna , əyləncəyə çevirmək olmaz!Onsuz da diplomatiya qurtaran yerdə müharibə başlayır.Müharibəyə təsadüfən ən kobud siyasət demirlər. Daha incə vasitələr tapmaq lazımdır. İnsan qəlbinə və insan mənəviyyatına yaxın, insan ruhunu oxşayan , insanda insan oyadan siyasi ünsiyyət vasitələri ortaya qoymaq lazımdır. Siyasəti insanlaşdırmaq , insanı siyasətə qurban vermək yox, siyasəti insanın xidmətinə gətirmək lazımdır. Dünya xalqları bir-birini yaxşı tanımalı, bir-birini zənginləşdirməli, hər şeydən öncə , dünya Prezidentləri bir- birlərini sevməli, bir-birlərinə geniş qucaq açmalıdır. Belə misilsiz nümunənin də bu səfərdə şahidi olduq.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi birgə mətbuat konfransında geniş kütlə qarşısında , beynəlxalq aləmin seyrçisi olduğu mediya önündə dəfələrlə bir-birini bağrına basmaları , ayrılıb yenidən qucaqlaşmaları bütün dünya dövlət başçılarına bir nümunə deyildi, bəs nə idi?Siyasəti yenən, ondan qat-qat yüksəkdə dayanan əxlaq və mənəviyyat qanunlarına söykənən bu nümunədən böyük mesaj ola bilərmi? Bax, qardaşlıq budur, “Bir millət,iki dövlət” kodunun şifrəsi belə açılır.Ruhən, qəlbən, mənən yaxınlıq, doğmalıq belə təntənələşir.İki rzidentin iki liderin bir-birinə baxışlarında , isti , münis təbəssümlərində nələr yox idi? Əsl qardaş, əsl doğma insanlar bir-birinə belə baxa bilərdi. Bu baxışların alt qatında deyilənlərdən, danışılanlardan daha çox məntiq və məna vardı. Bu məhrəm və şəfqətli baxışlarda Ərdoğanın “Bu addım məsələnin ruh və könül birliyi olduğunu açıq şəkildə ortaya qoyur” sözləri parlaq şəkildə təcəssüm edirdi.Bu görüşlərdə, bu danışıqlarda, bu münasibətlərdə heç bir siyasət yox idi, qardaşın-qardaşa daxili sevgisi və ruhsal ehtiyacı var idi. Hər iki dövlət başçısına daxili təpər, böyük ruh yüksəkliyi və tükənməz enerji də burdan gəlirdi.

Məsələnin rəsmi statistik tərəfi belədir ki, qardaş Türkiyədə baş verən qanlı terror hadisələri səbəbindən cənab Ərdoğanın az zaman çərçivəsində Azərbaycana gözlənilən səfərləri (iki dəfə ) ertələnib.Bu il fevral ayının 17 –də cənab Ərdoğan Bakıya səfər etməli idi. Səfərdən bir gün öncə ayın 16-da Ankarada terror hadisəsi baş verdi. Martın 15-nə planlaşdırılmış səfər öncəsi də ayın 13-də yenidən ölkənin baş şəhəri Ankarada terror törədildi. Nə baş verirdi?Təsadüfmü, zərurətmi? Nə demək olar? Amma burası da var ki, həyatda təsadüflər bəlkə də yoxdur. Axı bu dünyada hər şey ya sınaq ,ya cəzadir, ya mükafat, ya da hansısa bir hadisənin yaxınlaşmasını qabaqcadan bildirən əlamətlərdir.Bəli, yəqin elə buna görə də ayrı- ayrı siyasi şərhçilər bu hadisələrə münasibətdə müxtəlif rəydədir.Təsadüf sayanlar da var, məqsədyönlü səbəblər axtaranlar da … Lakin fakt faktlığında qalır ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri iki dəfə təxirə salındı.Sanki naməlum qüvvələr buna qadağa qoymuşdular, gözəgörünməz əllər Türkiyə Prezidentini tutub saxlayılar və Azərbaycana buraxmırdı.Təbii, kritik situasiya yaranmışdı. Bəli,qeyri -standart siyasi situasiyalarda uzaqgörən və istedadlı siyasətçilər də, eləcə qeyri-standart hərəkətlər edirlər.Belə qüdrətli və cahaşümul insanlar fövqəlada düşüncə və fəaliyyət sahibi olurlar. Onlar müvəffəqiyyətdən daha çox, bədbəxtlik anlarında öz ruhi əzəmətlərini qoruyub saxlaya bilirlər. Dövlət başçımız İlham Əliyev də məhz bu anda qardaş ölkədə baş vermiş davamlı bədbəxtliklərin və faciələrin zamanında öz ruhi əzəmətini nümayiş etdirdi. Hər cür çətinlikdən, riskdən, boy-boya dayanmış , el dili ilə desək, mırığa yatmış düşmən dövlətlərin, qara qüvvələrin nə reaksiya verəcəyinə baxmadan bu çətin günlərdə , ağır anlarda qardaş xalqın yanında olmaq, qardaşı sandığı Ərdoğanla çiyin-çiyinə dayanmaq qərarı verdi və martın 15-də Türkiyə rezidentinin Azərbaycana səfəri nəzərdə tutulduğu gün geniş tərkibli nümayəndə heyəti ilə Türkiyəyə səfərə getdi.Burada nəzərdə tutulmuş Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası müvəffəqiyyətlə baş tutdu və beləliklə də, İlham Əliyev bu müəmmalı vəziyyəti, bu kritik durumu ağılla, insanı mərdliklə, cəsarətlə və son dərəcə dönməz siyasi iradə ilə həll etdi.Sanki “Qordi düyünü”nü bir zərbəylə qırıb tökdü.Sanki zahirən , felən , görüntü xatirinə düşünülsə belə , Ərdoğanın Azərbaycana gəlişinə qoyulan “qadağaya” qadağa qoydu və türkiyəli həmkarını çətin dilemmadan qurtardı.

Bununla da , bütün dünyaya mərd, mübariz bir dövlət rəhbəri kimi açıldı.Bu gün dünya dövlətləri içərisində İlham Əliyev reytinqində az-az siyasətçi tapmaq olar. Axı İlham Əliyev həm də bu hərəkəti ilə siyasətə bir səmimiyyət də gətirdi. Bu isə bizim milli qürurumuz və fəxrimizdir.

İlham Əliyevin bu bəşəri mərdliyi , müdrikliyi və uzaqgörənliyi dünyaya Azərbaycan xalqının, Azərbaycan dövlətinin yeni tipinin, yeni xarakterinin təqdimatıdır. İlham Əliyev bir daha sübut etdi ki, siyasətdən və dilomatiyadan ucada bir anlam var: qardaş sədaqəti.Bu da ənənəvi dilomatiyanın sərhədlərini genişləndirirdi, ona yeni nəfəs və siyasi çalarlar verirdi.Təsadüfi deyil ki, İstanbuldakı yeni Yüz il Universitetinin prorektoru Yaşar Hacısalehoğlu deyib ki, İlham Əliyevin bu anlamlı səfəri diplomatiyanın üstündə olan hadisədir.O , haqlı olaraq qeyd edir: “Prezident İlham Əliyev qətiyyət nümayiş etdirib, bu addımı atıb.Burada səmimiyyət, qardaşlıq şərtlərini tərəddütsüz yerinə yetirmək, “ Bir millət, iki dövlət” prinspinə sadiqlik var. Bu addım istər, Türkiyə- Azərbaycan münasibətləri, istərsə də dilomatiya tarixində çox mühüm bir hadisə kimi tarixə düşüb” .Prezident Ərdoğanın sözləri deyilən fikirləri daha da möhkəmləndirir : “Azərbaycan qara günün dostu olduğunu göstərdi”.

Bəli, bu dönməz mövqe indi yox , zaman-zaman reallaşıb. Cənab İlham Əliyev zamanında, məqamında, anında nə lazımdırsa onu da edir.2014-cü il arelin 24-də Praqada “Şərq tərəfdaşlığı” sammitində Serj Sarkisyanın Türkiyəyə yönəlik hədyanlarına görə, onun ağzından vuran da bizim mərd Prezidentimiz İlham Əliyev olmuşdur: “Burada Türkiyə rəhbəri yoxdur, lakin mən varam” . Yaxın tarixi vərəqləsək, belə qürurverici səhifələrlə çox rastlaşa bilərik.

Dövlət başçımızın Türkiyəyə səfəri məqamında Yaxın Şərqdə bütün beynəlxalq aləm üçün son dərəcə əhəmiyyətli hadisələr baş verməkdədir. Rusiya qoşunlarını Suriyadan çıxarmaq və hərbi əməliyyatlara son vermək qərarına gəlib. Bu arada Prezident Putin terrorla bağlı Prezident Ərdoğana ilk baxışdan səmimi görünən başsağlığı ünvanlayıb. Bu da siyasi şərhçilər tərəfindən müxtəlif istiqamətlərə yozulub .Hər bir şərhdə normal məntiq tamaq olar.Hətta , bunu yada salmaq heç də caiz olmaz ki, məşhur “Xaç atası” filmində bir epizod var: “Kim birinci başsağlığı versə, ondan şübhələn”. Amma sağlam məntiq onu göstərir ki, Rusiya Yaxın Şərqdəki hərbi-siyasi fəaliyyətinin prespektivlərini görmədiyi üçün çəkilir.Bu yöndə Türkiyə ilə pozulmuş münasibətlərə yeni bir fon verməyi planlaşdırmağın nə ziyanı? Niyə də etməsin? Onsuz da Rusiya dünya dövlətləri ilə bəzi məsələləri yoluna qoymaq üzrədir.Bəzi məqamlarda hətta o, söz sahibidir. Belə olan təqdirdə, böyük dünya güc mərkəzlərinin ucbatından dost ikən düşmənə çevrilmiş, bölgədə böyük güc və nüfuz sahibi olan bir dövlətlə niyə də yenidən yaxınlaşmaq istəyində bulunmasın? Bunu da düşünmək olar ki, bəlkə də Rusiya Suriyadan öz qoşunlarını məhz buna görə geri çəkir? Türkiyəyə yaxınlaşmaq istəyiylə? Bu də maraq doğurur ki, rus qoşunlarının geri çəkilmək qərarı cənab İlham Əliyevin Türkiyə səfəri ilə üst-üstə düşüb. Təsadüfdürmü ? Bəlkə bir sürprizdir? Hər bir halda, düşünmək üçün kifayət qədər məqamlar var. Rusiyanın öz qoşunlarının Suriyadan çıxarılmasını bu zamana qərarlaşdırması yeni məntiqi çalarlara , əyani və nəzəri təhlillərə, siyasi proqnozlara, hər halda, açıqdır…

Bu günlərdə İraqın Şimalındakı Kürd muxtariyyətinin lideri Məsud Bərzani “Phliladelhia Media Network” agentliyə açıqlamasında müstəqil kürd dövləti barədə danışıb. “Hürriyyətin” verdiyi xəbərə görə, Bərzani bu məqamın yetişdiyi barədə söz açıb və o, bu konsepsiyanın İraq Kürdüstanını əhatə edəcəyini bildirib.

Səfər ərəfəsində bu və ya digər olaylar, hər halda dünyəvi hadisələrin Türkiyənin xeyrinə dəyişdiyinə güzgü tutur.Bunun özü siyasi situasiyaların yeni çalar almasıyla yanaşı mənəvi dəyərlərə, milli özünüdərkə təkan verir.Hər bir halda ,bütün bu xoş müjdələrin Przeident İlham Əliyevin qardaş ölkəyə səfəri ilə üst-üstə düşməsi sevinc doğurmaya bilmir.

İlham Əliyevin mətbuat konfransında dünya güc mərkəzlərinə , onların siyasi oyunlarına, ikili standartlarına yönəlik ittihamları , dünya xalqlarına bəşəri və humanist mesajları da diqqətçəkəndir.Bu məqamda o, alovlu natiq, yenilməz siyasi iradəli Prezidenti, mərd, təəssübkeş tərəfdaşdır.

O qaçqın probleminin həllində Türkiyə nümunəsini bütün dünyaya bəyan edir. “Bu gün qaçqınlar problemini görürük və əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədəri ağır məsələ olduğunu bilir, 1990 –cu illərdə Ermənistanın işğalı nəticəsində ağır humanitar çətinliklə üz-üzə qalmışıq”.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 mühüm sənəd imzalandı.Ən mühüm məsələ isə bu idi ki, TANAP- la bağlı bütün siyasi tərəddüdlərə son qoyuldu və TANAP-ın taleyi birdəfəlik həll olundu.Bununla da Azərbaycan müstəqil siyasət yürütdüyünü , heç bir dövlətin marağına uyğun addım atmadığını, sülh və demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi.

Qurani – Kərimdə belə bir çağırış var : “İnanmış olarkən yararlı işlər işləyən kimsə haqsızlıqdan və haqqının yenəcəyindən qorxmaz” .Cənab Prezidentimiz İlham Əliyev bu səfəri ilə haqqın uca təntənəsini nümayiş etdirdi, qardaşlıq borcuna sadiqliyini, bəşəri dəyərlərə hörmətini bir daha ortaya qoydu və eyni zamanda, çəkinmədən bütün dünyaya mərd- mərdanə öz tarixi mesajlarını verdi.

www.yenicag.az

371