DİQQƏT: Yollarda görünüş məsafəsi azalacaq
Mayın 5-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsi pisləşəcək.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Rəsmi məlumata görə, hava şəraiti ilə əlaqədar görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimalı var.