Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür. Gözəlliyi ilə illərə meydan oxuyan pop divanın 47 yaşı tamam olur.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, hər il dostlarını başına yığıb təmtəraqlı doğum günü keçirən xalq artisti bu dəfə şad gününü yalnız yaxınlarının çevrəsində qeyd edəcək.
Görünüşüylə gənc qızları qısqandıran xalq artistinə komandası sürpriz də hazırlayıb. Onlar pop-divaya görüntülərindən ibarət video-çarx hədiyyə ediblər.
Sənətçi həmin çarxı İnstagram səhifəsində paylaşaraq təəssüratını belə ifadə edib:
“Səhərə qədər yatmayıb, bu videonu montaj edən komandama təşəkkür edirəm. Ən gözəl ad günü hədiyyəsinə görə”.
Cəvahir
www.yenicag.az