Dövlət sərhədində İran vətəndaşı saxlanıldı

media-hightechnic-468x90

Dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa