“Dünya ağalığı sevdasına düşüb”

media-hightechnic-468x90

8724İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay açıqlamasında Türkiyənin İŞİD-ə qarşı mübarizə qərarını və bu qərarın doğuracağı mümkün nəticələri şərh edib:

“İŞİD-in PKK ilə çarpışmasının Türkiyə üçün sərfəli olduğunu düşünən bəzi Türkiyə siyasətçiləri səhv etdiklərini anlayıblar. Necə ki, bir zamanlar İŞİD-dən Suriya hakimiyyətinin devrilməsi üçün istifadə etmək istəyənlər də yanıldıqlarını dərk edib. Əvvəla, zaman sübut etdi ki, dövrün ən qəddar radikal islam təşkilatı olan İŞİD guya hansısa siyasi missiyanı icra etmək adı ilə güclənən kimi, öz ekstremist xilafət ambisiyasında məhdudiyyət sərhəddi bilmir, həddini aşır. Vaxtiylə Bəşər Əsəd rejiminə qarşı vuruşan İŞİD bu gün artıq İraqda, İran və Türkiyə sərhədlərindədir, dünya ağalığı sevdasına düşüb. Artıq Türkiyənin özü üçün problemlər yaradır. İkincisi, İŞİD-lə döyüşdə PKK daha da güclənir, təcrübələnir. Və beynəlxalq hərbi koalisiya İŞİD-i əzib məhv etdikcə PKK-nın imkanları bir qədər də atacaq. O zaman dünya qarşısında İŞİD kimi təhlükə ilə mübarizədə PKK-nın aktiv, Türkiyəninsə passiv mövqe tutması Ankara üçün zərərli fikir yarada bilərdi. Görünür, Türkiyə rəhbərliyi gec də olsa, bunu başa düşərək İŞİD-ə qarşı koalisiyaya qoşulma qərarı verdi. Düşünürəm ki, gec də olsa, bu müsbət qərardır və gələcəkdə Türkiyənin PKK kimi bir terror təşkilatı ilə mübarizəsində onun işinə yarayacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600