Dünya çempionatı: Azərbaycanın üç güləşçisi çempionluq şansını itirdi

media-hightechnic-468x90

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında çempionluq şansını itirib.

Yenicag.az xəbər verir ki, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da isə Arif Niftullayev finala qədər irəliləyə bilməyiblər.

A.Niftullayev 1/16 finalda rəqibinə məğlub olub. N.Məmmədli və Ü.Qənizadə isə 1/4 finala yüksəlmələrinə baxmayaraq, yarımfinala çıxa bilməyiblər.
Güləşçilərimizin bürünc medala iddia edib-etməmələri uduzduqları rəqiblərin nəticələrindən asılı olacaq.

Qeyd edək ki, digər üç yunan-Roma güləşçimiz – Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) bu gün final görüşünə çıxacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600