“Dünya İranın Hörmüz boğazı üzərində birtərəfli nəzarətini qəbul etməyəcək”

media-hightechnic-468x90

Dünya ictimaiyyəti İranın Hörmüz boğazında gəmiçiliyə birtərəfli nəzarətinə razılıq verə bilməz.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikri Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbu əl-Qeyt ifadə edib.

“Beynəlxalq ictimaiyyət İranın Hörmüz boğazına birtərəfli nəzarətini qəbul etməyəcək”, – deyə Əbu əl-Qeyt “Al Hadath” telekanalına bildirib.

Onun sözlərinə görə, Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası tərəfindən təklif olunan Hörmüz boğazında gəmiçiliyin azadlığına dair sənəd layihəsi dəstəklənməlidir.

Baş katibin fikrincə, Tehran “məntiqsiz davranır və onun Fars körfəzi ölkələrinə hücumları bunun sübutudur”. Əbu əl-Qeyt vurğulayıb ki, ƏDL-in heç bir üzvündən İranla münasibətləri kəsmək tələb olunmayıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05