Dünya Kubokuna qatılacaq idmançıların adları açıqlandı

media-hightechnic-468x90

Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq.

Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri – Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.

Bədii gimnastlar artıq Dünya kubokunda iştirak etmək üçün Daşkəndə yola düşüblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa