Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyada ilk - Çərçivəsiz 8K QLED televizoru təqdim olundu

Samsung istehsal etdiyi smart TV-lər ilə ekosistemdə ciddi bir yer tutur. Koreyalı şirkət bu səfər dünyada bir ilki reallaşdırdı.

Yenicag.az xəbər verir ki, Samsung 99%-lik gövdə/ekran nisbətinə malik və çərçivəsiz deyə biləcəyimiz 8K QLED ekrana malik televizoru Q950TS modelini təqdim etdi. Şəkillərdən göründüyü kimi televizorun sadəcə alt hissəsində çox incə bir çərçivə var.

Samsung Q950TS modelində maşın öyrənmə alqoritminə malik süni zəka dəstəyi var. Beləliklə hər görüntü effektini itirmədən 8K ölçülərinə çevrilə bilir.

Bu televizorun digər mükəmməl xüsusiyyətlərindən biri də hər ortama uyğun olaraq parlaqlıq və kontrast dəyərinin avtomatik tənzimlənməsidir. Televizorda bunun üçün xüsusi bir texnologiya istifadə edilib və avtomatik olaraq parlaqlıq/kontrast ayarları edilir. Həmçinin Samsung Q950TS modelində yüksək dərəcədə parlamağa qarşı materialdan istifadə olunub. Qeyd edək ki, OTS+ texnologiyası vasitəsilə ekrandakı hərəkətli obyektlər izlənilir və 5.1 dəstəkli səs gücləndiricilər ilə səs obyektə uyğun fokuslanaraq izləyiciyə yansıdılır.

Digər möhtəşəm özəlliyi isə budur ki, Active Voice Amplifier adı verilən texnologiya ilə ortamdakı səs və küyləri analiz edilərək TV-nin səsi ona uyğun tənzimlənir. AI ScaleNet texnologiyası ilə də 8K görüntü axışını optimum səviyyədə tutmağa çalışılır

Bu ilk olaraq Amazon Prime servisi üzərindən baxılan videolarda dəstəklənəcək.

Bütün bu funksiyalara baxmayaraq Samsung Q950TS smart televizorunun nə vaxt satışa çıxacağı və hansı qiymətlə satılacağı bəlli deyil.

Lakin nəzərə alsaq ki, bu qədər dolu-dolu funksiyaları olan bir cihaz olacaq, qiyməti də ona uyğun olaraq çox baha olacaqdır./Technote/

www.yenicag.az

479
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100