Dünyada nadir görüləcək hadisə: Dəniz ilanı sancmasından öldü

media-hightechnic-468x90

Britaniyadan olan 23 yaşlı Harri Evans adlı gənc Avstraliya tarixində ilk dəfə olaraq dəniz ilanının qurbanı olub.

Yenicag.az  xəbər verir ki, oğlan Qrut-Aylend adası yaxınlığında balıqçı traulerində sudan tor çıxardan zaman ilan onu sancıb.

Mütəxəssislər təəssüflə qeyd edirlər ki, Harrinin ölümünə dəniz ilanının zəhəri deyil, gəminin sahildən uzaqda – qitənin şimal sahilindən 640 km aralıda olması səbəb olub. Ona vaxtında zəhər əleyhinə zərdab vurulsaydı, faciəvi sonluqdan qaçmaq olardı.

Dəniz ilanları zəhərli heyvanlar kateqoriyasına aiddirlər. Lakin mütəxəssislər hesab edirlər ki, onların sancdığı 10 insandan 7-si vaxtında tibbi yardım göstəriləcəyi təqdirdə sağ qalır. Dünyada 56 növ zəhərli ilan növü mövcuddur./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600