Dünyanın ən acı maddəsi aşkar edildi - FOTO

media-hightechnic-468x90

Almaniyanın Leybniz Qida Sistemləri Biologiyası İnstitutunun alimləri bu günə qədər məlum olan ən acı maddəni kəşf ediblər. Bu maddə zəhərli olmayan, lakin son dərəcə acı dadı ilə seçilən “Amaropostia stiptica” adlı göbələkdən əldə olunub.

Yenicag.az xəbər verir ki, tədqiqat zamanı göbələkdən çıxarılan üç yeni birləşmənin insanın dad reseptorlarına təsiri araşdırılıb.

Nəticədə bu kimyəvi maddələrin ən azı bir acı dad reseptorunu aktivləşdirdiyi müəyyən edilib.

Xüsusilə “oligoporin D” adlı birləşmə çox az miqdarda olsa belə, dilimizdəki TAS2R46 adlı reseptoru güclü şəkildə stimullaşdırıb. Alimlər bildiriblər ki, bu maddənin cəmi  1 qramı 106 vanna dolusu suda belə acı dad verir.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf acı dadın necə formalaşdığı və orqanizmdə necə qəbul edildiyi ilə bağlı elmi bilikləri genişləndirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600