Dünyanın ən bahalı avtomobili-Fotolar
Dünyanın ən bahalı avtomobili istehsal olunub.
Birləşmiş Ərəb Əmirliyində hazırlanan “Lykan HyperSport” adlı avtomobildən yalnız 7 ədəd istehsal edilib.
Bu nəqliyyat vasitəsi avtomobil həvəskarları arasındakı rəqabəti daha da artırıb. “Lykan HyperSport” 100 kilometr sürəti 2,8 saniyə kimi qısa bir vaxtda yığa bilir.
3,4 milyon dollarlıq qiyməti ilə “Lykan HyperSport” dünyanın ən bahalı avtomobillərindən biridir. Sözügedən avtomobil 4,480 mm uzunluğunda və 1,944 mm enindədir.