Dünyanın ən bahalı spirtsiz içkiləri -FOTO
Dünyanın ən bahalı içkilərinin alkoqollu içkilər olduğunu hər kəs bilir. Lakin indi sadalayacağımız içkilərin qiyməti sizi çox təəccübləndirəcək.
Yenicag.az həmin içkilərin siyahısını təqdim edir:
Da Hang Pao çayı- Çinin cənubunda yetişdirilən bu çay növünü 20 qramının dəyəri 35 min dollardır.Qeyd edək ki, bu çay yalnız 6 ağacdan, 13-15 may tarixləri arasında toplanır.
Orqanik Avenue Juice-ABŞ-da yaradılan “Avenue Stores” mağazasına daxil olmaq üçün əvvəlcədən sifariş almağınız mütləqdir. Burada ən qiymətli mallardan biri də meyvə şirələridir. Burada xüsusi faydaları olan bir meyvə şirəsinin bir şüşə qabdakı qiymtəti təxminən 600 dolardır.
Nakazava südü-İnəkdən sağılan adi süddür. Yaponiyada belə adlanan südü inəkdən həftədə bir dəfə sağılır. Deyilənə görə, belə olan halda inəkdə melotonin səviyyəsi yüksək olur. Bu zaman inəkdən sağılan çox faydalı olur. Stressi azatldığı deyilir.
Kopi Luvak qəhvəsi-Dünyanın ən dadlı qəhvəsi sayılır. 1 kiloqramı təxminən 700 dollara yaxındır.
Sauzənd suyu-Bu su Kanadanın Vankover şəhərində hazırlanır. Özəlliyi isə buzdan əridilərək hazırlanmış olmasıdır. 750 ml sadəcə 150 dollardır.
Santa Juice alkoqolsuz şərab-Bu şərab İngiltərənin London şəhərində satılır. Əsasən dindar şəxslər üşün nəzərdə tutulub. Bi r butulkası 78 dollardır.
İsabella İslay adlı spirtsiz viski – Bu içki xüsusi almaz və yaqutdan qablarda saxlanılır. Dəyəri 6.2 milyon dollarla ölçülür.