Dünyanın ən böyük şərab istehsalçıları
Fransa dünyada ən böyük şərab istehsalçısı adını bu il özünə qaytarmaq əzmindədir.
Bu proqnozu Beynəlxalq Şərab təşkilatına istinadən “Frans Press” verib.
Bu il Fransada 46 milyon hektalitr şərab istehsal olunmalıdır. İtaliyada isə 44 milyon hektalitr şərab istehsal olunacaq, bu da keçən ilki 52,4 milyon hektalitrdən xeyli azdır. İtaliyada şərab istehsalının bu il azalması nəm və soyuq yayla bağlıdır.
3-cü yerdə İspaniyadır. Bu il burda 37 milyon hektalitr şərab istehsal olunmalıdır. Bu da keçən ilki 45,6 milyon hektalitrdən azdır. Dünyada şərab istehsalının ümumi həcmi isə dəyişməz qalır. Buna səbəb ABŞ-da şərab istehsalının artım sürətinin qalmasıdır. ABŞ-da bu il 22 milyon hektalitr şərab istehsal olunacaq. Çilidə istehsal 10 milyon hektalitrdir. Yeni Zelandiya bu il rekorda gedir. Burda bu il 3 milyon hektalitr şərab düzələcək.