“Düşünən qələm”in qalibləri mükafatlandırılıb

media-hightechnic-468x90

363;513Dekabrın 22-də Bakı Dövlət Universitetində (BDU) tələbə həmkarlar ittifaqı komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və “Düşüncə” ilk peşəkar psixologiya jurnalının birgə layihəsi olan “Düşünən qələm” müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Tədbirdə BDU tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov bu cür layihələrin əhəmiyyətini qeyd edib, müsabiqənin gələcəkdə davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Düşüncə” jurnalının baş redaktoru Vüsalə Ələkbərova müsabiqə barədə ümumi məlumat verib, qaliblərin seçilməsi kriteriyalarından söz açıb. Bildirilib ki, bir ay davam edən “Düşünən qələm” müsabiqəsinə müəyyən edilmiş istiqamətlər üzrə psixologiya fakültələrinin tələbələri və gənc mütəxəssislər tərəfindən yazılmış 60-dək məqalə daxil olub.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmov son zamanlar psixologiya elmi sahəsində olan yeniliklərdən, inkişafdan danışıb.

Daha sonra ilk üç yerin qaliblərinə sertifikat və hədiyyələr təqdim olunub. Fərqlənən iştirakçılara təşəkkürnamə və xatirə hədiyyələri verilib.

(azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600