ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın etirafı həyat yoldaşı, müğənni Ebru Gündəşin səbr kasasını daşırıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, iş adamı həbsxanaya qadın gətirməsi üçün gözətçiyə rüşvət təklif etdiyini boynuna alıb. Rza Zərrab onunla birlikdə saxlanılan Hakan Atillanın vəkili Viktor Rokkonun iddialarını təsdiqləyib.
Məşhur müğənni bu etiraf qarşısında çox əsəbiləşib və ərindən yaxın dostlarına şikayətlənib:
“Bu, nə birinci, nə də ikinci deyil. Daha əvvəl də qadınlarla münasibəti aşkara çıxmışdı. Amma bu etiraf hər şeyi dəyişdirdi”.
Qeyd edək ki, cütlük arasında uzun müddətdir ki, anlaşılmazlıqlar var. Lakin müğənni boşanma məsələsində qərarsız olduğunu bildirirdi. Zərrabın son etirafı isə cütlüyün ayrılmasına güclü təkan verib.
www.yenicag.az