Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir

media-hightechnic-468x90

İsrail-İran münaqişəsinin 11-ci günündə də “Astara” dövlət sərhədinin buraxılış məntəqəsindən xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir.

media-banner_tkm

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, “Astara” dövlət sərhədinin buraxılış məntəqəsi ilə xarici ölkə vətəndaşlarının əvvəlki günlərdəki kimi təxliyəsi davam edir.

Bu gün ərzində təxliyə edilənlər əsasən ABŞ, Britaniya, Kanada, Belçika, Portuqaliya, Xorvatiya, Çin, Pakistan, Şri-Lankadan olan vətəndaşlardır. Azərbaycan ərazisindən tranzit yolla gələnlərin rahat keçidi üçün şərait yaradılıb, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilib, çay süfrəsinə dəvət olunublar.

Rəsmi gömrük prosedurlardan sonra xarici vətəndaşlar onlar üçün ayrılan xüsusi avtobuslarla yola salınıblar.

Xarici vətəndaşlar yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05