Ədliyyə Nazirliyində yeni elektron xidmət

media-hightechnic-468x90

e-gov22400_24_420x250Ədliyyə Nazirliyinin “Elektron hökumət” portalına inteqrasiya olunan e-xidmətlərin sayı 20-yə çatıb.

RYTN-nin mətbuat xidmətindənverilən məlumata görə, nazirliyin göstərdiyi “Ölüm haqqında aktın alınması üçün elektron müraciət”, “Atalığı müəyyən etmək üçün elektron müraciət”, “Nikahın pozulması üçün elektron müraciət”, “Doğumun qeydiyyatı üçün elektron müraciət”, “Soyadın, adın, ata adının dəyişdirilməsi üçün elektron müraciət”, “Nikahın qeydiyyatı üçün elektron müraciət”, “Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu” və “Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi” xidmətləri də artıq portal üzərindən istifadəyə verilib.

Beləliklə, vətəndaşlar bir çox xidmətlərlə yanaşı, adıçəkilən xidmətlərdən də elektron qaydada yararlanmaq imkanı əldə ediblər. (inter.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600