ABŞ-ın vitse-prezidenti Mayk Pens CNN televiziyasının canlı yayımında koronavirus pandemiyasının bitmə tarixindən danışıb.
Yenicag.az xəbər verir ki, ABŞ administrasiyasının virusla mübarizədə əlindən gələni etdiyinə işarə edən Pens, “Ümid edirəm, insanlar öz üzərlərinə düşəni edib, tədbirlərə riayət edir. Bu tədbirlərə əməl olunarsa, Covid-19-u iyun ayında böyük ölçüdə arxamızda qoyub ölkənin çarxlarını yenidən döndərə və insanları işlərinə qaytara bilərik” – deyib.
Görülən tədbirlərə riayət etməklə milyonlarla insan həyatını xilas edə biləcəklərini vurğulayan vitse-prezident insanlara tunelin sonunda işığın görünəcəyinə əmin olmağa çağırıb.
ABŞ-ın karantin müddətini aprelin 30-dək uzatmasını növbəti iki həftə və 30 günün çox vacib olması ilə əlaqələndirən vitse-prezident:
“Çindəki virus bütün dünya öyrənmədən əvvəl bir gerçək idi. Çin daha açıq sözlü olsaydı, daha yaxşısını da edə bilərdik”- deyə əlavə edib.