Futbol üzrə İspaniya çempionatının 17-ci turu çərçivəsində keçirilməli olan “Real” – “Barselona” oyununun vaxtı dəyişdirilib.
Yenicag.az xəbər verir ki, “El klasiko”nun əvvəlcə dekabrın 20-də keçirilməsi nəzərdə tutulmuşdu. Amma yeni qərara əsasən, oyun dekabrın 23-də, günorta saatlarında keçiriləcək.
Buna “Real”ın klublararası dünya çempionatında çıxışı səbəb olub. “Kral klubu” dekabrın 6-dan 16-na qədər bu turnirdə iştirak edəcəyindən federasiyaya müraciət edərək, “El klasiko”nun vaxtının dəyişdirilməsini xahiş edib. Federasiya da bu müraciəti müsbət cavablandırıb.
www.yenicag.az