Elcan Dubaydakı vəziyyəti AÇIQLADI: “AZAL bir mesajla işini bitmiş saydı"

media-hightechnic-468x90

“Bəzi adamlar dava-dalaşla otellərdə pulsuz qalırlar, bəzilərini isə artıq oteldən çıxarıblar. Hətta televiziyalarımızın əməkdaşlarından biri dünən parkda yatıb. Oteldən çıxarıblar, neyləsin? Pulu qurtarıb, başqa çarəsi yoxdur”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Başqa bir aviaşirkətdən bilet alaraq Dubaydan Bakıya qayıtdığını deyən Elcan oradakı acınacaqlı vəziyyəti təsvir edib:

“AZAL, ümumiyyətlə, sərnişinlərlə maraqlanmır. Cəmi bir kəlmə mesaj göndərdilər ki, uçuş ləğv olundu. Bununla da işlərini bitmiş saydılar. Demirirlər ki, dönüş biletiniz var, uçuş hansı tarixdə bərpa olunacaq… Başqa ölkələr təxliyə reysləri həyata keçirir, öz vətəndaşlarını hava limanından aparırlar. Kimin pulu varsa, birtəhər qayıdır, kimin ki yoxdur, oturub çarəsiz gözləyir, borc axtarır.

Buradakı ümumi vəziyyətə gəlincə, hazırda stabil həyat davam edir, amma xəbərdarlıqlar var. Demirəm ki, bomba səslərindən dayana bilmirik, aləm bir-birinə dəyib, xeyr. Sadəcə, dünən bir az atəş səsləri eşidilib”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05