!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Elə bil dünya yıxılıb altında qalmışam" - Sevil Nuriyeva

!Reklam – Yazi

“Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında ötən gün Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı tanınmış jurnalist Sevil Nuriyeva deyib.

Göz yaşlarını saxlaya bilməyən S. Nuriyeva hisslərini belə ifadə edib: “Elə bil dünya yıxılıb altında qalmışam”.

Etimad İsmayılovun atası İlyas İsmayılov Modern.az-a açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib.

“Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib.

“Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

COP29

www.yenicag.az

8291
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv