Elektrik enerjisinin qiymətini bu səbəbdən qaldırmaq istəyirlər-Ekspertlər

media-hightechnic-468x90

Azərbaycanda elektrik enerjisi bahalaşa bilərmi?

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, elektrik enerjisinin bahalaşması üçün iqtisadi əsas yoxdur.

“Çünki elektrik enerjisi istehsalı üçün tələb olunan əsas xammal olan mazut və qazın qiymətində hələki artım yoxdur və yaxn müddətdə bahalaşması da gözlənilmir. Düzdür devalvasiyanın təsiri olaraq ölkədə qiymət artımı qaşılmazdır, bu artım daha çox qiyməti sərbəst olan, tənzimlənməyən qiymətlərdə müşahidə ediləcək. Elektrik enerjisinin əsas xammalı olan qaz və mazutun qiyməti isə dövlət tərəfindən tənzimlənir. Yaranmış problem Azərenerjinin pis idarəedilməsindən yaranıb. Dövlətin zəmanəti ilə böyük həcmdə xarici kreditləri alıb, ancaq səmərəsiz istifadə edib. Devalvasiyadan sonra dövlət şirkətinin vəziyyəti xeyli pisləşib. Çünki Azərenerji krediti xarici valyutada alıb, istehsal etdiyi məhsulu isə manatla satır. Bu isə onun xərclərinin artmasına gətirib çıxarır. Fitch reytinq agentliyi də bu yaxınlarda Azərenerjinin düşdüyü vəziyyətlə bağlı narahatlığını bildirmişdi”

Ekspert, “Azərenerjinin düzgün olmayan idarəetmə nəticəsində yaranmış problemlərinin qiymət artımı hesabına həll etmək təşəbbüsü düzgün deyil. Yəni problemi insanların üstünə atmaqla onların öz məsuliyyətsiziliyini ört-basdır etmək istəyir. Onsuz da devalvasiya əhalini xeyli narazı saldı, hökumətin reputasiyası da xeyli zədələndi. Çünki devalvasiyanın təsirlərini aradan qaldırmaq üçün heç bir addım atmadı. Bilirsiniz ki, bu il seçki ilidir. Ona görə seçki ilində elektrik enerjisinin qiymətinin artırılmasını güman etmirəm. Ən azı seçkiyə qədər kommunal xidmətlərin bahalaşması ehtimalı azdır. ”- deyə sözlərinə əlavə edib.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki. elektrik enerjisinin qiymətinin qalxması üçün heç bir iqtisadi əsas yoxdur: “Tam tərsi, qiymətlər enməlidir. Çünki, dünyada mazutun da, qazın da qiyməti enib, bizdə elektrik enerjisi, əsasən, bu xammallardan alınır”.

 

 

Qeyd edək ki, Azərbaycanda prezidentin son sərəncamından sonra Azərenerji ASC ancaq elektrik enerji istehsalı ilə məşğul olur. Elektrik enerjinin əhaliyə satışını isə yeni yaradılmış Azərişıq ASC həyata keçirir. Azərenerji tərəfindən qiymətlərin bahalaşdırılması enerjinin pərakəndə satış qiymətinə də təsir göstərə bilər.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600