Elektron siqaretə qadağa qoyula bilər

media-hightechnic-468x90

elek-siqa400Tailand hökuməti qanunvericiliyə elektron siqaretlərin, eləcə də qəlyanın çəkilməsi üçün istifadə olunan müxtəlif cihazların idxalının qadağan edilməsini nəzərdə tutan dəyişikliklər hazırlayır.

media-banner_tkm

xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin məlumatında deyilir.

Yerli hakimiyyət qəlyan və elektron siqaret çəkənlərə qarşı mübarizəyə ölkənin baş naziri Prayut Çan-Oça bu problemə diqqət yetirdikdən sonra başlayıb. Baş nazir gənclər arasında populyar elektron siqaret qurğularının yayılmasından narahatlığını ifadə edib.

Qeyd edilir ki, Tailand Ticarət Nazirliyi siqaret çəkənlər üçün malların idxalını qadağan edən xüsusi reqlamentlərin tətbiqinə, eləcə də satış məntəqələrində kütləvi reydlərin keçirilməsinə hazırlaşır. Nazirlik nümayəndələri qərarı əsaslandırmaq üçün elektron siqaret və qəlyanın satışını və idxalını tamamilə qadağan edən 20 müxtəlif ölkənin təcrübəsinə istinad edir.

Bundan başqa, Tailandda tütün istehsalçıları üçün siqaret qutularının dizaynı ilə bağlı dünyanın ən sərt qanunları qüvvədədir. (azadinform.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05