!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Kərimli özünü kimə görə, “qurban verdi”?

!Reklam – Yazi

Azərbaycandakı islahatlar kimin yoluna daş qoyub?

Azərbaycanda oktyabrın ikinci həftəsindən etibarən, Prezident İlham Əliyev sərəncamları əsasında həyata keçirilən mühüm kadr və struktur dəyişiklikləri ölkə gündəminin hələ də əsas mövzusudur. Dövlət başçısının həmin sərəncamları hakimiyyətin “vitrin”ini xeyli təmizləməklə yanaşı, eyni zamanda, idarəetmə fəlsəfəsinə də ciddi korrektələr olunduğunu söyləməyə tam əsas verir. Başqa sözlə ifadə etsək, ölkə rəhbərliyi bu ilin əvvəlindən başlayaraq, sosial sfera ilə start verdiyi dəyişiklikləri ölkə həyatının bütün sahələrinə tətbiq etməkdədir. Cəmiyyətin bu addımlara yönəlik rəğbət və dəstəyi ən azı sosial şəbəkələrdə gəstərilən reaksiyalardan görülməkdədir. Burada söhbət sadəcə, sıravi vətəndaşların deyil, həm də sanballı siyasi və ictimai fəalların münasibətindən gedir. Haqqında danışılan dəyişikliklər təqdir olunur və bu istiqamətdə növbəti təsirli addımların atılması arzulanır.

Lakin ali siyasi hakimiyyətin bəhs olunan forma və məzmun yönündə gerçəkləşdirdiyi siyasətə “ənənəvi yanaşma”nın olduğu da qeyd edilməlidir. Ölkə müxalifətinin radikal cinahını təşkil edən Xalq Cəbhəsi Partiyası (AXCP) və nüvəsində bu təşkilatın dayandığı Milli Şura Azərbaycanı sözün müsbət mənasında silkələyən dəyişikliklər anonsunun verildiyi günün ertəsi islahat əleyhdarları ilə eyni “səngər”i bölüşdüyünü sərgilədi. Həqiqətən də, Milli Şuranın 19 oktyabr icazəsiz aksiyasını keçirməkdə israrlı olması və həmin gün paytaxt həyatını iflic edən qərarların verilməsinə şərait yaratmasına fərqli qiymət vermək çətindir. Təsəvvür edin, ölkədə çox mühüm dəyişikliklər üçün zəmin yaradan, özlüyündə dəyişikliklərin ssenarisini təxmin etməyə imkan verən toplantıdan bir gün sonra Bakıda polis-vətəndaş qarşıdurmasına səbəb olan icazəsiz aksiya təşkil olunursa, bunu başqa necə qiymətləndirmək olar?

Amma 19 oktyabrı aksiyasında günlər keçdikcə, Milli Şuranın “icazəsiz mitinq” həvəsinin çoxumuza məlum olan pərdəarxası məqamlarına işıq düşür, məsələnin gerçək mahiyyəti ortaya çıxır. Aksiya günü AXCP sədri Əli Kərimlinin saxlanılması, ona tibbi yardım göstərilməsi və daha sonra evə buraxılması barədə özünün səsləndirdiyi absurd fikirlərə hüquq-mühafizə orqanları da, şahidlər də tutarlı cavab veriblər. Bu, öz yerində. Kərimlinin özünü “rəqibsiz qəhrəman” saydığı “Facebook”da paylaşdığı son statuslar ona “irəli, yavrum” deyə, “mübarizə”yə itələyən əlin də kimliyinə tam aydınlıq gətirir. AXCP sədri Avropa İttifaqının səfiri Kestutis Yankauskas ilə görüşündə aldığı mənəvi-siyasi dəstək haqqında ağız dolusu yazıb. Yazmağına yazıb, amma həm də özü ilə dəstəkçilərini bir daha ifşa edib.

Ölkə üçün tarixi sayılacaq proseslərin vüsət aldığı bir dönəmdə Kərimlinin etdiklərini “ayı xidməti”ndən başqa nəyəsə bənzətmək mümkün deyil. Çünki ona və mənəvi dəstəkçilərinə 19 oktyabrda yaşanan qarşıdurma deyəsən, çox az görünüb. Belə olmasaydı, Kərimli və havadarları 2 noyabr aksiyasına – yenə də icazəsiz – belə şövqlə hazırlaşmazdılar. Məqsəd eynidir: ölkədə gərginliyi yüksələn xətt rejiminə qaytarmaq, dəyişiklikləri əngəlləmək, islahat əleyhdarlarının mövqeyini gücləndirmək. Hə, burada bir məqam da var. Kərimli aldığı təlimat əsasında 19 oktyabr aksiyasında saxlanılanlara Avropa Məhkəməsinə üz tutmağı, Azərbaycana qarşı “sona qədər vuruşmağı” təlqin edir. Yəni, “ölkənizin imicini kirlədin və maddi ziyan vurun”…

Ancaq 19 oktyabr aksiyasına reaksiyalar göstərdi ki, cəmiyyət Milli Şuranın bu yersiz israrını təqdir etmir. Baş verən dəyişikliklər fonunda ölkədə gərginliyin artırılmasına yönəlik cəhdlər isə ümumiyyətlə, qəbul olunmur. Ona görə də, Milli Şuranın 2 noyabr aksiyasının mümkün nəticələri və ona veriləcək reaksiyaları indidən təxmin etmək olar.

COP29

www.yenicag.az

6201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv