Əlil arabasında 11 kq kokain keçirmək istədi, YAXALANDI - FOTO

media-hightechnic-468x90

Hava limanında əlil arabasında 11 kq kokain keçirməyə cəhd edən qaçaqmalçı yaxalanıb.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Sent-Marten adasından gələn 51 yaşlı turist Parisdən tranzit keçərək Honq-Konqda tələyə düşüb. O, əlil arabasını yoxlanılmış baqaj kimi özü ilə gətirib.

Adam ayaq üstə gəldiyindən, hava limanının işçiləri nədənsə şübhələnməyə başlayıblar və onu hərtərəfli axtarıblar. Və onlar əsl “xəzinə”ni tapıblar.

Tapılan narkotikin dəyəri 1,5 milyard dollar qiymətləndirilir. Narkokuryer avtomobil icarəsi şirkətinin direktoru olduğunu bildirib. O əlavə edib ki, narkotik alveri ilə məşğul deyil, sadəcə arabanı ona dostu verib.

Onun açıqlamasına heç kəs inanmayıb. İndi onu qaçaqmalçılıq ittihamı ilə ömürlük həbs gözləyir.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600