Elmar Məmmədyarov: ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyətindən Azərbaycan narahatdır”

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb.

Xarici İşlər Nazirliyindən Yeniçağ.Az-a verilən məlumata görə, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu diqqətə çatdırıblar.

Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və Fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.

Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar olan məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərinin nəzərinə çatdırıb.

Yeniçağ.Az

COP29