Elmar Məmmədyarovun yerinə Şahin Mustafayev təyin edildi

media-hightechnic-468x90

jkhujhjhj“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilib.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla komissiyanın yeni tərkibini təsdiq edilib. 2012-ci ildə prezidentin sərəncamı ilə komissiyanın həmsədri təyin olunmuş xarici işlər naziri Elmar Məmmədyarov iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə əvəz olunub.

Komissiyanın həmsədri

Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Komissiyanın üzvləri:  

Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini

Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam

Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

Etibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Arif Əsgərov — “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində edilən dəyişiklik barədə İran İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərilib(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600