Elmar Vəliyevin qardaşına qarşı dələduzluqda ittiham olunan şəxsə 12 il cəza istənildi

media-hightechnic-468x90

Prokuror Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

media-banner_tuq

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə, dörd zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05