Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Elməddin Cəfərovu DÖYDÜLƏR: “Məni öldürürdü, qaçıb canımı güclə qurtardım”

Tanınmış aktyor Elməddin Cəfərov Yeniçağ.az saytının oxucuları ilə uşaqlıq xatirələrini bölüşüb.

Aktyor orta məktəb illərində həddən artıq nadinc uşaq olduğunu və buna görə də valideynləri tərəfindən döyüldüyündən danışıb:

“Uşaq vaxtı çox nadinc idim, evdəkilər əlimdən bezmişdilər. Şuluq olmağıma görə tez-tez döyülürdüm. Böyük oğlan idim, orta məktəbin yuxarı sinfində oxuyurdum. Anam yumurtadan təzə çıxmış cücə almışdı. Təxminən 50 cücəni bir dəqiqənin içində məhv elədim. Milçəköldürən dərmanı vardı. Onu götürüb, girdim cücələr olan otağa, qurtarana qədər “fısqırtdım”. Bir onda gördüm ki, əllisi də yerə sərilib. Nəticənin ağır olduğunu bildiyim üçün çıxış yolları axtarmağa başladım. Çünki bilirdim ki, anan bunun heyfini məndə qoymayacaq. Amma heç fikirləşməyə macal tapmadım. Anam əlində paya nətəhər üstümə yeridisə, çatdırıb, qapıdan çıxa bilmədim. Məni öldürürdü, pəncərədən qaçıb canımı güclə qurtardım”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

584