!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmi jurnalın Məxdumqulu Fəraqi ilə bağlı xüsusi buraxılışı nəşr edildi

!Reklam – Yazi

Folklor Akademiya Jurnalının (FAJ) “Doğumunun 300-cü ilində Məxdumqulu Fəraqi və Türkmən Ədəbiyyatı” adlı xüsusi buraxılışı nəşr edilib.

Yenicag.az xəbər verir ki, türk dünyası ədəbiyyatında xüsusi yerlərdən birini tutan Məxdumqulu Fəraqinin doğumunun 300-cü ildönümü ilə bağlı yayımlanmış xüsusi buraxılış sahə üzrə bir çox elmi araşdırma aparmış, məqalələr yayımlamış Pamukkale Universitetinin əməkdaşı dosent Sonər Sağlam və Türkmənistan Elmlər Akademiyasının Məxdumqulu adına Dil, Ədəbiyyat və Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedovun redaktorluğu ilə ərsəyə gəlib.

Xüsusi buraxılışda Azərbaycan, Türkmənistan, Qazaxıstan və Türkiyədən olan elm insanlarının Məxdumqulu Fəraqi yaradıcılığına fərqli bucaqlardan baxış sərgilənən yazıları yayımlanıb.

Jurnalın tam buraxılışına BURADAN baxa bilərsiniz.

COP29

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv