Elnur Hüseynov yenidən “Eurovision”-a göndərilir?

media-hightechnic-468x90

90095 (1)“O səs Türkiyə”nin qalibi Elnur Hüseynov Azərbaycanı bu il keçiriləcək “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək.

Bu haqda Türkiyənin “Posta” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, Elnur tamaşaçılardan 1 milyonun üzərində səs toplayaraq yarışmanın 4 illik tarixində rekord qırıb. Ayrıca ölkəsindən şad xəbər alıb.

Daha sonra qəzet iddia edir ki, azərbaycanlı səlahiyyətlilər “O səs Türkiyə”dəki performansı ilə diqqət çəkən Elnur Hüseynovu mayda keçiriləcək “Eurovision” mahnı yarışmasına göndərməyə qərar verib”.

Qeyd edək ki, Elnur Hüseynov Samir Cavadzadə ilə birlikdə 2008-ci ildə “Day after day” mahnısı ilə Azərbaycanı təmsil edib və 8-ci olub(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600