Əlövsət Əliyev azadlığa buraxıldı

media-hightechnic-468x90

“Leqat” Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi xalq şairi S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.

Bununla bağlı Axar.az-a açıqlama verən S.Rüstəmxanlı bildirib ki, hələ Əlövsətin özü ilə danışa bilməmişik:

“Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib”.

S.Rüstəmxanlı onu da qeyd edib ki, hələ Ə.Əliyev saxlanılarkən bunun anlaşılmazlıq olduğunu bildirmiş və alman polisinin ədalətli araşdırma aparacağına, nəticədə onun azad olunacağına əminliyini bildirmişdi.

Qeyd edək ki, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600