Elza ona sataşanları hədələyib
Son zamanlar yazdığı şeirləri ilə daha çox diqqətləri çəkən Elza Seyidcahan ANS TV-nin efirində yayımlanan “Şəbəkə” verilişinə müsahibə verib.
Elza Seyidcahan sosial şəbəkələrdə yayılan şeirlərin bir hissəsinin onun adından uydurulduğunu bildirib: “Nəinki müəllif hüquqlarımı tapdalayıblar, cinayət işlədiblər mənə qarşı. Lazımsız sözləri mənim adıma çıxarıblar bəzi saytlar. Faktlar var, kim nə zaman, nəyi yazır. Hər şey üzə çıxarılacaq. O insanlar məhkəmədə cavab verəcəklər. Boş-boş danışmaqlar, boş-boş çərənləməklər elə bəzi adamlara qalacaq… Bir də Allahın məhkəməsi var: Kim ki, kiməsə sataşır, Allah onun cavabını verir. Heç kəs cavabsız qalmır”.
Elza Seyidcahan müsahibənin sonunda yazdığı daha bir şeirini söyləyib. Şeirdən bir hissəni sizə təqdim edirik.
Soruşursuz ki, səni kimdir yazdıran belə? Həyat?
Bəli məni bir yazdıran var.
Yazdıranı qazdıran, qazdıranı basdıran var.
Basdırıb da üstünü də örtdürən var.
Ey yar, sevgi məgər günahdır?
Öz əlimlə öz sevgimi basdırmağa məcburam mən. Məhkumam mən?
Axtardığım həqiqətdir
İzlədiyim nəhayətdir
İtirdiyim kifayətdir. (anspress.com)