Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Elza Seyidcahan od püskürdü: “Ay çaqqal, məni güdürsən?”

Əməkdar artist Elza Seyidcahanın ARB-də yayımlanan “Xalqın şairi” verilişinin münsiflər heyətindən getməsi ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az-a açıqlama verən sənətçi xəbəri nə təsdiq, nə də təkzib edib:

“Məni o layihəyə dəvət etdilər, getdim, azı altı dəfə iştirak etdim. Layihə rəhbəri özü bilər kimi dəvət edər, kimi dəvət etməz. Mən o layihəni özəlləşdirməmişəm ki… Layihədən getməmişəm, lazım olanda gedib iştirak edəcəm. Lap getməyəcəm, kimə nə dəxli var axı?! Bəzi çaqqal-çuqqallar mənim adımdan istifadə edib, özlərini reklam edirlər. Bura adlarını “yazar” qoyan bəzi şairciklər də aiddir. Güdürlər ki, Elza nəsə desin, mən də özümü piar edim. Camaat pul verib, özünə mühafizəçi tutur, belələri də məni pulsuz izləyirlər. Gecə-gündüz o çaqqal-çuqqallar məni güdür ki, Elza nəsə desin, düşüm üstünə. Elzanın varlığı onları yandırıb-yaxır”.

Cəvahir

www.yenicag.az

2945
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM