!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Emal sənayesində 4,9 milyard manatlıq məhsul istehsal olundu

!Reklam – Yazi

Emal sənayesində 2023-cü ilin yanvar-iyun aylarında 4948,0 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Bakı Şəhər Statistika İdarəsindən Yenicag.az-a bildirilib ki, qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1006,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 30,1 faiz, içki istehsalı 13,9 faiz artıb, tütün məmulatlarının istehsalı isə 22,7 faiz azalıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 17,3 faiz artıb, pendir və kəsmik istehsalı isə 14,2 faiz azalıb.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv