Sevinc Əliyeva ekranlardakı o biabırçılıqdan danışdı: “Ürəyim partlayır”
“Elə şeylər var ki, deyə bilmirsən, ürəyin partlayır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, aktrisa Sevinc Əliyeva “Gün ortası” verilişində qonaq olarkən deyib.
Aktrisa sosial şəbəkələrdə məşhurlaşan, peşəkar məktəb keçməyən və savadı olmayan insanların film və seriallara dəvət olunmasından təəssüf hissi keçirdiyini bildirib:
“Məktəb keçməyən, müəllim görməyən, ali təhsili olmayan adamları həm kinoya dəvət edirlər, həm də seriallara. Gələcəkdə yəqin ki, onları teatra da çağıracaqlar, qabağa çəkəcəklər. Elə məqamlar var ki, deyə bilmirsən, ürəyin partlayır. Baxıram və deyirəm: axı bu, onun rolu deyil, amma oynayıb. Niyə axı? Nə səbəbə? Bu dərəcəyəmi enmişik? Tamaşaçı qəbul etsə də, etməsə də, reallıq budur”.
Nehru













