Əməkdar artist, aktyor Elnur Kərimov doğum gününü çəkiliş meydançasında qeyd edib.
Yenicag.az-a açıqlama verən aktyor “Ata ocağı” serialında yeni rol almağa başladığını və bu il doğum gününü qeyri-adi şəkildə, çəkiliş meydançasında qeyd etdiyini deyib.
İlk hədiyyəsini ailəsindən alan Elnur ən qiymətli hədiyyəsindən də danışıb:
“Həyat yoldaşımın varlığı və mənə bəxş etdiyi övladlar mənim üçün dünyanın ən dəyərli hədiyyəsidir”.
Aktyor ən yaddaqalan doğum gününü də xatırlayıb:
“Üç il əvvəl, 2015-ci il sentyabrın 3-də oğlum dünyaya göz açdı, körpə doğulandan sonra reanimasiyada yatırdı. Sentyabrın 11-də evə buraxıldı. Bu da mənim doğum günümə təsadüf etdiyindən çox sevindim. Həmin gün ən yaddaqalan doğum günümdür”.
Ailəsi aktyorun doğum gününə hədiyyə olaraq videoçarx da hazırlayıb.
Həmin videonu təqdim edirik.
Cəvahir
www.yenicag.az