!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əməkdaşımızın İrəvana səfəri Ermənistanda böyük qalmaqala səbəb olub” – Mehman Əliyev

!Reklam – Yazi

“Orada elə biliblər ki, bizim əməkdaşımız həmişəlik Ermənistanda qalıb işləyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin və daha bir neçə jurnalistin İrəvana səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirən sözügedən Agentliyin rəhbəri Mehman Əliyev deyib.

Mehman Əliyev İrəvanda olan “Turan” əməkdaşının qondarma “soyqırımı” abidəsini ziyarət etməsi haqda Ermənistan mediasının məlumatına da aydınlıq gətirib:
“Bu məsələlərlə bağlı hazırlanmış yazı bir azdan saytımızda yerləşdiriləcək. Bu səfər haqqında silsilə yazılar olacaq, onları oxusaz, hər şey aydın görünəcək.

Eyni zamanda, əməkdaşımızın qondarma “soyqırımı” abidəsini ziyarət etməsi haqda Ermənistan mətbuatının yaydığı məlumata da aydınlıq gətiriləcək, oxuya bilərsiz.

Orada həmin abidəni ziyarət etmək söhbəti olmayıb. Oradakı muzeyin rəhbəri əməkdaşımıza müsahibə verməyə razılaşmışdı, ancaq son anda müsahibədən qaçdı, o işi başqasına həvalə etdi. O adam isə muzeyi göstərsə də, müsahibədən qaçıb. Məsələ belə olub.

Ermənistanda sosial şəbəkələrdə bu səfərlə bağlı müzakirələr gedir. Orada elə biliblər ki, bizim əməkdaşımız akkreditasiyadan keçdikdən sonra həmişəlik Ermənistanda qalıb işləyəcək.

Ermənistanın Xarici İşlər Nazirliyi məsələni elə təqdim elədi ki, əməkdaşımız guya orada qalacaq. Bu da Ermənistanda böyük qalmaqala səbəb olub”.

A.Zeynalov

www.yenicag.az

4025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv