Əmiləri ilə çiyin-çiyinə vuruşan qazimiz - VİDEO

media-hightechnic-468x90

Quba rayonunun Afurca kəndindən hərbi xidmətə yollanan Şamo Xəlilovun xidməti Vətən müharibəsinə təsadüf edib.

Yenicag.az Baku TV-yə istinadla xəbər verir ki, kiçik yaşlarından daim “torpaqlarımızı düşməndən azad edəcəyəm” deyən Ş.Xəlilov elə ilk gündən döyüşlərə qatılıb və düşmənə qarşı əzmlə vuruşub.

19 yaşlı qəhrəmanımız Tərtər rayonunun Qapanlı kəndində gedən döyüşlərdə hər iki ayağından qəlpə yarası alıb. Buna baxmayaraq o, silahı əlindən yerə qoymayıb, huşunu itirənədək vuruşub, üç gün komada olub.

Hər kəs kimi Xəlilovlar ailəsi də onunla qürur duyur.

Qazimizin atası deyir ki, oğlu döyüşlərdə iştirak etdiyini onlardan gizlədib. Yaralı olmasından belə onların xəbəri olmayıb. Bu gün oğlu ilə qürur duyan ata ikiqat sevinc hissi yaşayır. Çünki onun oğlu ilə yanaşı iki qardaşı da Vətən müharibəmizdə çiyin-çiyinə düşmənə qarşı mübarizə aparıb.

Hazırda Ş.Xəlilovun ayağında dörd ədəd qəlpə hələ də qalmaqdadır. İndi onun ən böyük arzusu tezliklə sağalıb hərbi xidmətini davam etdirməkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600