"Ən çox maliyyə axıdılan şöbələrin rəhbərləri istefa verib" - NAZİRLİKDƏKİ İSTEFALARIN PƏRDƏARXASI

media-hightechnic-468x90

“Ən çox maliyyə axıdılan şöbələrin rəhbərləri istefa verib. Peşə Təhsili Agentliyi və Təhsilin İnkişaf Fondu ən çox maliyyələşən şöbələrdir. Güman etmək olar ki, haradasa nəyisə razılaşmayıblar”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Etibar Əliyev Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun işdən çıxarılmasına münasibət bildirərkən deyib.

O, Elm və Təhsil Nazirliyində baş verən istefaların pərdəarxası məqamlarından danışaraq qeyd edib ki, məntiq qaydalarından istifadə etməklə prosesləri qiymətləndirmək mümkündür.

“Onların özlərinin ərizə verib işdən çıxması heç inandırıcı görünmür. Çünki böyük vəzifə idi. Daxildə hansı proseslər gedir özləri çox yaxşı bilirlər.

Elm və Təhsil naziri Emin Əmurullayev ilə uzun müddət necə işləyiblər, təsəvvür edə bilmirəm. O, təkidarəçiliyi sevən insandır. Heç cəmiyyət bilmir ki, onun müavinlərinin kurasiyası hansı sahələrdir. Nazirliyin ümumiyyətlə kollegiyası yoxdur. Bütün dövrlərdə kollegiyalarda çox kəskin məsələlər müzakirə olunur, qərarlar verilirdi. Amma təəssüflər olsun ki, heç kollegiya iclasları da keçirmir.

Ən çox maliyyə axıdılan şöbələrin rəhbərləri istefa verib. Peşə Təhsili Agentliyi və Təhsilin İnkişaf Fondu ən çox maliyyələşən şöbələrdir. Güman etmək olar ki, haradasa nəyisə razılaşmayıblar”.

media-1673289285_2022-02-17-20-53-13zqbv0itulkuior6vagob_file

Etibar Əliyev qeyd edib ki, orada dövlət vəsaitinin mənimsənilməsində iştirak edən şəxslər var:

“Təklif edərdim ki, Əmrullayevin iki vəzifə daşıyan yaxın dostu, Təhsil İnstitutu rəhbəri də yoxlanılsın. Ümumiyyətlə çox ciddi yoxlamalar aparılmalıdır. Çünki əhəmiyyəti olmayan təlimlərə sərf edilən milyonlarla vəsait və resursların heç bir effekti yoxdur.

Elnur Əliyevin də adı müxtəlif nöqsanlarda hallanan şəxslərdən biridir. Nazirlikdə məktəb qrant layihələrinə uzun müddət rəhbərlik edən və yaxın dostlarına ayırdığı qrantların təhsilin inkişafına heç bir təsiri yoxdur. Hətta nazirlikdə Elvin Rüstəmovun da fəaliyyətinin yoxlanmasını təklif edirəm”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa