!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan BMT kürsüsündən soruşdu: “İsrailin sərhədləri haradır?” - VİDEO

!Reklam – Yazi

Türkiyə prezidenti BMT-dəki çıxışında İsrailin ünvanına sərt tənqidlər səsləndirib.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Fələstin məsələsini qaldırıb.

İsrailin işğal etdiyi bölgələri xəritədən göstərən Ərdoğan bunları deyib:

“Bir neçə gün bundan əvvəl məsum fələstinli qadının israilli əsgərlər tərəfindən öldürülməsi vicdanları hərəkətə gətirmirsə, deməli, artıq sözün bitdiyi yerdəyik. İsrail insanlığın bütün dəyərlərini ayaqlar altına alır.

Bu gün dünyamızda ədalətsizliyin ən çox yaşandığı yer Fələstin torpaqlarıdır. Mənə maraqlıdır, bu İsrail haradır? İsrail doymur, indi də Fələstinin qalan ərazilərini ələ keçirməyin dərdindədir.

BMT-nin kürsüsündən soruşuram: İsrail dövlətinin sərhədləri haradır? 1948-ci və ya 1967-ci ilin sərhədləri keçərlidir, yoxsa başqa sərhədlər var?

Fələstin məsələsinin həlli üçün 1967-ci ilin müqaviləsi tətbiq edilməlidir. “Əsrin sövdələşməsi”nin məqsədi Fələstini tamamilə sıradan çıxarmaqdır? Türkiyə məzlum Fələstin xalqının yanında olmağa davam edəcək”.

Firuzə Alimova

www.yenicag.az

4807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv