!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan-Putin görüşünə hazırlıq başladı – Kreml bu tarixə işarə etdi

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təmaslar hazırlanır və yaxın gələcəkdə mümkündür.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Rusiya-Türkiyə arasında ən yüksək səviyyədə təmasların vaxtı hələ müəyyən edilməyib. Ancaq belə bir anlayış var ki, onlar yaxın gələcəkdə baş verəcək”, – Kreml nümayəndəsi bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya və Türkiyə anti-Rusiya sanksiyalarından irəli gələn bank köçürmələri ilə bağlı problemləri aradan qaldırmağa çalışır.

Peskov bunu Türkiyə liderinin ABŞ-a səfərindən əvvəl, o cümlədən bank köçürmələri ilə bağlı həll edilməmiş problemlər fonunda Moskvanın Ankara ilə təmasları planlaşdırıb- planlaşdırmaması ilə bağlı suala cavabında bildirib.

“Bütün maliyyə məsələlərində bu vəziyyətdən çıxış yolu tapmaq üçün daim işçi səviyyəsində təmaslar aparılır. Müəyyən problemlər var, amma bu problemlərin nədən qaynaqlandığı göz qabağındadır. Bu, həm bizim, həm də Türkiyənin iqtisadi operatorlarının maraqlarına ciddi ziyan vurur”, – Putinin mətbuat katibi bildirib.

COP29

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv