Ərdoğan qəzəbləndi

media-hightechnic-468x90

44885Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı vilayətində əsgərlərə edilən hücumları sərt şəkildə tənqid edib.Yenicag.az xəbər verir ki, o, Sakarya vilayətində çıxışı zamanı bildirib ki, hücumlar Türkiyədə kürdlərlə sülh prosesinə əngəl olmaq məqsədi daşıyır.

Ötən gün Diyadin rayonunda PKK (PeKaKa) silahlılarının təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəticəsində 4 əsgər yaralanıb. Əsgərlə hücumlara qarşılıq veriblər. Bir qədər sonra hadisə yerinə əlavə qüvvələr, o cümlədən hərbi helikopterlər və kəşfiyyat təyyarəsi göndərilib.

Ərdoğan çıxışı zamanı PKK tərəfdarı olan bəzi partiyaların zorakılıq fəaliyyətini də təndiq edib.

Rəcəb Tayyib Ərdoğan: “Məlum siyasi partiya bölücü terror təşkilatının bu cür fəaliyyəti ilə səs toplamağa çalışır. Əgər demokratiya, insan haqları deyirlərsə, bunun yolu silahdan deyil, səsvermə qutularından keçir”

Ərdoğan iyunun 7-sində keçiriləcək ümumi seçkilər zamanı tərəfdarlarını səsverməyə dəvət edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600