!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Trampla görüşündən danışdı: "O, bu gün dərsini aldı...”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində ABŞ prezidenti Donald Trampla görüşünün bəzi detallarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Ərdoğan ABŞ-dan qayıdarkən, təyyarədə jurnalistlərlə söhbətləşib.

Türkiyə prezidenti amerikalı həmkarı Trampla görüşündə Suriyadakı vəziyyət, ABŞ-la əldə edilmiş 17 oktyabr razılaşması, PKK/YPG terror qruplaşmasının bölgədən çıxarılması, İŞİD-lə mübarizə, S-400, F-35 və digər məsələlər barədə danışdığını bildirib:

“FETÖ məsələsini ayrıca danışdıq. 1915-ci il hadisələri ilə bağlı qəbul edilmiş qətnamə layihəsininn Nümayəndələr Palatasına təqdim edilməsini Trampa qarşı olan qüvvələrin işi olduğunu da qeyd etmək istəyirəm.

Bu hadisələrlə bağlı həm Trampa, həm də senatorlara ətraflı məlumat verdim. CIA özü bizim kəşfiyyat orqanlarına göndərdiyi materialda Fərid Şahinin necə bir terrorçu olduğunu aydın göstərib. Biz də “Buyurun, bunu biz yox, sizin kəşfiyyat orqanınız deyir”, – söylədik. Mən ona lazaım olan hər şeyi dedim. Bu gün o, dərsini aldı”.

Ərdoğan “Patriot” raketləri ilə bağlı “”Bunları almağa hazır olduğumuzu bir daha dedim və xatırlatdım ki, biz F-35 proqramının müştərisi deyil, ortağıyıq.

S-400-ü geri qaytarma təklifinin isə yanlış olduğunu və Yunanıstanda da S-300-lərin yerləşdirildiyini, amma buna görə heç kəsin danışmadığını söylədik”, – deyə bildirib.

Aqil Bəkir

www.yenicag.az

1435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv