Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
İdlibdəki vəziyyət ətraflı müzakirə olunduğu bildirilib.
Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid olub.
www.yenicag.az