Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan D-8 ölkələrinin İstanbulda keçirilən zirvə toplantısından sonra Yenicag.az-ın sualını cavablandırıb.
Yenicag.az-ın D-8 Zirvəsini təqib edən əməkdaşı təşkilat üzvlərinin sayının 20-yə qaldırılmasının əhəmiyyətindən danışıb və Ərdoğana sual ünvanlayıb:
“D-8-ə qatılmasını məsləhət bildiyiniz ölkə varmı?”
Ərdoğan isə bildirib ki, ikitərəfli görüşlər zamanı bu məsləhətlərini tez-tez dilə gətirir:
“Azərbaycan prezidenti, qardaşım İlham Əliyevə bu niyyətim barədə danışdım, fikirlərimi çox müsbət qarşıladı. Biz D-8 olaraq müsəlman coğrafiyasında fərqli ölkələrin, məsələn, Özbəkistanın da bizə qatılmasını istəyirik; 1,1 milyard əhalisi olan bu coğrafiyanın sərvəti 3,3 trilyon dollara yaxındır. Buna görə də D-8 təşkilatımızı digər beynəlxalq iqtisadi təşkilatlarla rəqabət aparacaq vəziyyətə gətirmək fikrindəyik. Türkiyənin sədrliyi dövründə D-8 təşkilatının sərhədlərini genişləndirmək və üzv ölkələr arasındakı münasibətləri inkişaf etdirmək üçün öhdəliyimizə düşən hər şeyi edəcəyik”.
www.yenicag.az