Ərdoğanın andiçmə mərasiminə Nalbandyan qatılacaq

media-hightechnic-468x90

EdvardErmənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Teyyub Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

Ermənistanın Xarici İşlər Nazirliyi avqustun 26-da belə bir rəsmi məlumat yayıb: “Türkiyənin yeni prezidentinin avqustun 28-də keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ölkəyə səfər edəcək”.

Ərdoğan avqustun 10-da Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsində prezident seçilib.

Türkiyə ilə Ermənistanın heç bir diplomatik münasibəti yoxdur. Bununla belə, Ankara prezident Serj Sərkisyanı andiçmə mərasiminə dəvət edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa