!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın sabahkı Azərbaycan proqramı

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ənənəvi olaraq ilk rəsmi səfərini Azərbaycana edəcək.

Türkiyə prezidentinin Azərbaycandakı səfər proqramı da məlum olub. Əldə etdiyimiz məlumata görə, Ərdoğan öncə Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidentini iqamətgahında qarşılayacaq.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın yarım saatlıq təkbətək görüşü də keçiriləcək. İki prezidentin görüşündən sonra isə heytlərarası görüş baş tutacaq.

Görüşlərin sonunda ortaq mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Bakı səfərindən sonra Ərdoğan NATO toplantısında iştirak etmək üçün Brüsselə gedəcək.

Səxavət Məmməd

www.yenicag.az

1850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv