“Ərdoğanla bu məsələdə müzakirə olub” – İrəvan SÜLHÜ SEÇƏCƏK?

media-hightechnic-468x90

“Məsələdə Türkiyənin mövqeyi də bəllidir. Qardaş və müttəfiqi olan ölkənin şərtlərinə sadiqdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri fonunda sülh prosesindəki canlanmanı şərh edib.

Politoloq bildirib ki, sülhün əldə olunması üçün bütün vacib məsələlər artıq müzakirə olunub və demək olar ki, yekunlaşıb.

“Şərtlər və tələblər hər iki ölkə, ümumilikdə isə sülh prosesində maraqlı olan digər tərəflərlə razılaşdırılıb. Qalib ölkənin irəli sürdüyü şərtlər demək olar ki, hər kəsə bəllidir. Son günlərdə Paşinyanın Türkiyəyə səfərinin təsiri ilə müəyyən canlanma müşahidə olunur. Bu, prosesin irəliləməsinə təkan verə bilər. Çünki Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin kəsilməsinin əsas səbəbinin məhz Azərbaycana qarşı illərlə davam edən işğalçılıq siyasəti olduğunu nəzərə almaq lazımdır. Ermənistan uzun müddətdir blokada şəraitində yaşayır, sərhədləri bağlıdır”.

Onun sözlərinə görə, Paşinyanın səfərindən öncə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdə idi:

“Hər halda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu məsələ ətrafında müzakirə olub. Görünən odur ki, məsələdə Türkiyənin mövqeyi də bəllidir. Qardaş və müttəfiqi olan ölkənin şərtlərinə sadiqdir. Əgər Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını, iqtisadi və siyasi əlaqələrin qurulmasını istəyirsə, ilk növbədə Azərbaycanın şərtlərini qəbul etməli və sülh sənədinə imza atmalıdır”.

“Bu səbəbdən Paşinyanın Türkiyəyə səfəri xüsusi əhəmiyyət kəsb edir. Qısacası, Ermənistan alternativ yolun olmadığını anlayır və Türkiyə ilə münasibətlərin qurulmasında maraqlı olduğunu göstərir. Yəqin ki, qarşıdakı günlərdə Ermənistan daşı ətəyindən töküb Azərbaycanın tələblərini yerinə yetirəcək və sülh prosesi ilə bağlı yekdil qərara gələcək”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600